Avropa birinciliyində himnimiz səslənəcəkmi?

Sabah Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçuların Avropa birinciliyi start götürəcək. Allsport.az saytı xəbər verir ki, 7 gün davam edəcək yarışda Azərbaycan millisi baş məşqçisi Əsgər Eyvazovun rəhbərliyi ilə tam heyətlə təmsil olunacaq.

Komandada Ruslan Qədirov (49 kq), Maqsud Xasmetov (52 kq), Əzrək Bəbirov (56 kq), Eldar Babayev (60 kq), Rəşid Həsənov (64 kq), Səlim Səlimov (69 kq), İror Platov (75 kq), Murad Allahverdiyev (81 kq), Əsəd Baxşıyev (91 kq) və Fuad Ağayev (+91 kq) yer alıblar.

Həmin kateqoriyadan