Avropa birinciliyindən 6 medalla!

Ukraynanin Lvov şəhərində boks üzrə yeniyetmələr arasında Avropa birinciliyinə yekun vurulub. Allsport.az xəbər verir ki, komandamız yarışda 2 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub.

60 kq çəki dərəcəsində mübarizə aparan Bəxtiyar Qazıbəyov finalda Türkiyə boksçusu Tuğrulhan Ərdəmiri məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Məhəmməd Abdullayev də (+80) Avropa birinciliyinin qızıl medalına sahib olub. Həmyerlimiz finalda ukraynalı Aleksandr Xristevi üstələyib – 2:1.

Cavid Hüseynov (48 kq) finalda Artyom Demyanenkoya (Ukrayna) uduzaraq, 2-ci yeri tutub.

Niyaməddin Allahverdiyev də finalda məğlub olub. Boksçumuz İngiltərə təmsilmisi Çarlz Frankhamla bacarmayıb – 0:3.

Orxan Həsənov (54 kq) və Şaiq Məlikov (70 kq) 3-cü yerlə kifayətləniblər.
Azərbaycan Ukraynadan sonra komanda hesabında 2-ci yeri tutub.

Həmin kateqoriyadan