Avropa çempionatına 7 boksçu ilə yollanır

Martın 13-də Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı start götürəcək. Allsport.az saytı xəbər verir ki, 11 gün davam edəcək yarışda millimiz də mübarizə aparacaq.

Yığmamızın böyük məşqçisi Nəriman Abdullayev 7 nəfərə fürsət verəcək. Bunlar Nicat Hüseynov (51 kq), Ruslan Qədirov (54 kq), Maqsud Xasmetov (57 kq), Cəlal Qurbanov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Mirşərif Kazımzadə (75 kq) və Murad Allahverdiyevdir (80 kq).

Döyüşlərin idarə olunmasında beynəlxalq dərəcəli hakim Anar Babanlı da yer alacaq. Komandamız səfərə martın 11-də ABF-in idarə heyətinin üzvü Rövşən Hüseynovun rəhbərliyi ilə yollanacaq.

Həmin kateqoriyadan