Avropa çempionatının təqvimi açıqlanıb

Avropa çempionatının təqvimi açıqlanıb

Ukraynanın Xarkov şəhərində kişi boksçuların Avropa çempionatının təqvimi dəqiqləşib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin də iştirak edəcəyi yarışda ilkin döyüşlər 16-20 iyunda baş tutacaq.

“Lokomotiv” idman sarayında təşkil olunacaq çempionatda iyunun 21-də 1/4 final mərhələsinə start veriləcək. Ardınca 1 gün istirahət edəcək boksçular yarımfinal qarşılaşmalarına çıxacaqlar. Bu döyüşlər iyunun 23-nə təsadüf edəcək. Yarışın son günündə – iyunun 24-də isə qaliblərin adları bilinəcək.

Qeyd edək ki, 10 çəki dərəcəsi üzrə keçiriləcək Avropa çempionatında 44 ölkədən 400-dək idmançının iştirakı gözlənilir.

Həmin kateqoriyadan