Avropada hamını qabaqladı

Avropada hamını qabaqladı

İspaniya millisinin yarımmüdafiəçisi Mikel Merino millətlər liqasının 4-cü turunda Xorvatiya ilə oyunda (2:1) dubl edib.

Allsport.az xəbər verir ki, 30 yaşlı futbolçu qarşılaşmaya 46-cı dəqiqədə daxil olub və iki qol vurub.

“Arsenal”ın üzvü 2025-ci ilin əvvəlindən etibarən milli komandada əvəzlənərək meydana çıxdığı 16 oyunda 6 qol vurub. Bu göstərici ilə Merino həmin dövrdə Avropa yığmalarının futbolçuları arasında ən yaxşı nəticəyə sahibdir.

Ümumilikdə isə Mikel Merino Lüis de la Fuentenin rəhbərliyi altında İspaniya millisində əvəzlənərək meydana çıxdığı oyunlarda 7 qol vurub. Bu, həmin müddətdə start heyətində yer almayan ispan futbolçuları arasında ən yüksək göstəricidir.

Həmin kateqoriyadan