- Baxış sayı: 31
- 27 Aprel 2024 12:09
- Baxış sayı: 51
- Aprel 23, 2024
- 0
Premyer liqanın 15-ci turunda keçirilən “Zirə” – “Sumqayıt” (1:1) oyunundan sonra ev sahibin baş məşqçisi Ayxan Abbasov KİV önünə çıxıb. Allsport.az saytı xəbər verir ki, o, 2-ci hissədə daha yaxşı çıxış etdiklərini söyləyib:
“Bilirdik ki, çətin olacaq. Birinci və ikinci hissədə fərqli oyun göstərdik. 2-ci hissədə daha yaxşı oynadıq. Düşünürəm ki, hesab ədalətli oldu.
Ümumilikdə, çempionat çətin keçəcək və bizim üçün hər bir xal önəmlidi. Qələbə qazanmaq istəsək də, alınmadı. Ümid edirik ki, növbəti oyunlarda qələbə qazanacağıq”.