“Qələbəmizi xalqımıza və ötən gün Füzulidə həyatlarını itirən soydaşlarımıza həsr edirik”

“Zirə” debüt ilində Avroliqanın ilk mərhələsini hər 2 oyunda qalib gəlməklə adlayıb. Allsport.az saytı xəbər verir ki, baş məşqçimiz Ayxan Abbasovun bu uğura şərh verib:

“Avrokubok təcrübəmizin olmaması səbəbindən oyuna yaxşı başlamadıq və gözlənilməz qol buraxdıq. Ümumiyyətlə, ilk hissədə çox sayda səhvə yol verdik. Vəziyyəti düzəltmək üçün fasilədə uşaqlarla danışdıq.

İkinci hissədə daha yaxşı oynamağa başladıq və qələbə qazandıq. Növbəti mərhələyə çıxmağa daha layiq olduğumuzu sübut etdik. Qələbəmizi xalqımıza və ötən gün Füzulidə həyatlarını itirən soydaşlarımıza həsr edirik”.

Həmin kateqoriyadan