- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 42
- İyun 22, 2026
- 0

Premyer liqasının 21-ci turunda “Zirə” səfərdə “Kəpəz”lə qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, 0:0 hesabı ilə başa çatan görüşdən sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov matçla bağlı fikirini bildirib:
“Gərgin, maraqlı oyun alındı. Bilirdik ki, qış fasiləsindən sonra “Kəpəz” heç kimə asan məğlub olmayıb. Hətta son dəqiqələrdə buraxdıqları qollara baxmayaraq da, layiqli oynayıblar.
Bizim komandaya gəlincə, təəssüf ki, 3-4 real qol şansımız olsa da, bunu bacarmadıq. Bütün hallarda uşaqlar əzmkar oyun göstərdi və futbolçulardan razı qaldığımı deyə bilərəm”.