- Baxış sayı: 63
- 23 İyul 2024 21:41
- Baxış sayı: 47
- İyul 26, 2024
- 0
Qadınların Azərbaycan çempionatında püşk atılıb. Allsport.az saytı xəbər verir ki, 11 şahmatçının iştirak etdiyi ilk turda Ləman Hacıyeva – Türkan Məmmədyarova, Ayan Allahverdiyeva – Xəyalə Abdulla, Zeynəb Məmmədyarova – Gülnar Məmmədova, Xanım Balacayeva – Gövhər Beydullayeva, Səbinə İbrahimova -Nərmin Abdinova qarşılaşacaqlar. Nurtan Nuriyeva ilk turda istirahət edəcək.
Çempionatın reytinq favoriti son çempion Gövhər Beydullayevadır (2387). 11 turdan ibarət çempionatın baş hakimi Ülkər Umudova olacaq. 1-ci turun oyunları fevralın 4-də saat 14:30-da başlayacaq. Yarışın ümumi mükafat fondu artırılaraq 15 min manata çatdırılıb. Qalib şahmatçı 5000 manat qazanacaq.