- Baxış sayı: 30
- 06 Sentyabr 2026 10:16
- Baxış sayı: 79
- Sentyabr 01, 2026
- 0

Azərbaycan şahmat federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov Özbəkistanda keçiriləcək 46-cı ümumdünya şahmat olimpiadası öncəsi görüş keçirib.
Allsport.az xəbər verir ki, görüş ölkəmizi sözügedən beynəlxalq yarışda təmsil edəcək kişi və qadınlardan ibarət milli komandaların üzvləri, eləcə də məşqçilər heyəti ilə baş tutub.
Yığıncaqda çıxış edən AŞF prezidenti Mahir Məmmədov komandaların hazırlıq prosesi ilə maraqlanıb və şahmatçıların təlim-məşq toplanışlarının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Federasiya rəhbəri Azərbaycan şahmatının zəngin ənənələrə malik olduğunu xatırladaraq, hər iki komandanın olimpiadada ölkəmizi layiqincə təmsil edəcəyinə inandığını ifadə edib.