- Baxış sayı: 95
- 05 Oktyabr 2026 10:21
- Baxış sayı: 92
- Oktyabr 08, 2026
- 0

Avropa çempionu Ülviyyə Fətəliyeva İçərişəhərdə şahmat seansı keçirib.
Allsport.az xəbər verir ki, 2026-cı ilin “İdman səfiri” olan şahmatçımız tarixi meydanda eyni anda 16 yeniyetmə ilə qarşılaşıb.
Tədbir paytaxtın “Dünyanın idman paytaxtı” statusuna töhfə vermək, həmçinin şahmatın təbliği məqsədi daşıyıb. Seans İçərişəhərə gələn yerli və xarici qonaqların da marağına səbəb olub.
“Bakı – Dünyanın idman paytaxtı 2026” çərçivəsində il ərzində paytaxtda beynəlxalq və yerli səviyyəli çoxsaylı idman tədbirləri keçirilir.