Şirvan açıq turnirinin açılış mərasimi keçirilib

Şirvan açıq turnirinin açılış mərasimi keçirilib

Şirvan olimpiya idman kompleksində Şirvan açıq beynəlxalq şahmat festivalının açılış mərasimi keçirilib.

Allsport.az xəbər verir ki, “Azərbaycan şahmat turu”nun təqviminə uyğun olaraq təşkil edilən festivalda 6 ölkəni təmsil edən 147 şahmatçı iştirak edir.

Açılış mərasimindən əvvəl Şirvan şəhərinin mərkəzi meydanında ucalan ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub.

Festivalın açılış mərasimində iştirak edən Şirvan şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov, Azərbaycan şahmat federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov və festivalın direktoru Radin Tağıyev qonaqları və yarış iştirakçılarını salamlayaraq şahmatçılara uğurlar arzulayıb.

Sonra yarışın baş hakimi Şaiq Quliyev turnirin reqlamenti barədə məlumat verib və birinci tura start verilib.

Festival oktyabrın 26-da yekunlaşacaq.

Həmin kateqoriyadan