- Baxış sayı: 46
- 28 Sentyabr 2026 13:48
- Baxış sayı: 116
- Sentyabr 26, 2026
- 0

Səmərqənddə təşkil olunan 46-cı ümumdünya şahmat olimpiadası çərçivəsində beynəlxalq şahmat federasiyasının (FİDE) konqresi keçirilib.
Allsport.az xəbər verir ki, ali şahmat qurumunda rəhbər vəzifələrə seçkilər baş tutub və FİDE-nin yeni prezidenti müəyyənləşib.
Qalib ikinci turda məlum olub və Timur Turlov 110 səslə seçkidə qalib gəlib. O, növbəti 4 il müddətinə ali şahmat qurumunun rəhbəri seçilib.
Digər rəhbər vəzifələrə seçkilər və təyinat da rəsmiləşib. Azərbaycan şahmat federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov növbəti 4 il müddətinə beynəlxalq şahmat federasiyasının vitse-prezidenti seçilib.
AŞF rəhbəri Mahir Məmmədov ilk dəfə 2018-ci ildə FİDE-nin vitse-prezidenti seçilib, 2022-ci ildə isə ikinci dəfə bu vəzifədə işini davam etdirmək imkanı qazanıb.