Azərbaycan boksçuları həmyerlimiz Fərman Salmanovun xatirəsinə turnirində

17-20 dekabrda Rusiyanın Xantı-Mansiysk şəhərində Sibirdə ilk dəfə nefti kəşf edən həmyerlimiz Fərman Salmanovun xatirəsinə boks üzrə neft ölkələrinin dünya kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, 13-cü dəfə təşkil olunacaq turnirdə 20 ölkədən 120 idmançı mübarizə aparacaq.

Rəqabətin mükafat fondu isə 2 milyon 140 min rubl təşkil edir. Dünya kubokunda Rusiya ilə yanaşı Azərbaycan, Fransa, Almaniya, Finlandiya, Serbiya, Bolqarıstan, Polşa, Ukrayna, Moldova, Litva, Belarus, İsveç, Çin, Qazaxıstan və digər ölkələrdən boksçular iştirak edəcəklər.

 

Həmin kateqoriyadan