Azərbaycan boksçuları İrəvanda keçiriləcək Avropa çempionatına qatılmayacaq

Boks federasiyasının idarə heyətinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, yığıncaqda mayın 21-31-də İrəvanda keçiriləcək Avropa çempionatında iştirak məsələsinə baxılıb.

Müzakirələr nəticəsində beynəlxalq boks assosiasiyasına may ayında keçiriləcək seçkilər, idmançılarımızın boks üzrə dünya çempionatına təlim-məşq toplanışları və hazırlıq proqramları, habelə digər həssas məqamlar nəzərə alınaraq, may ayında Avropa çempionatına qatılmamaq barədə qərar qəbul edilib.

Azərbaycan boksçuları cari ilin mart və aprel aylarında mübarizə apardıqları son 2 Avropa birinciliyində uğurlu çıxışları ilə yadda qalıblar. Onlar U-22-lərin qitə çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanmaqla boks tariximizin 10 il əvvəlki rekordunu təkrarlayıblar.

Gənc boksçular arasında Avropa birinciliyində isə komandamız 3 illik fasilədən sonra yeni uğura imza ataraq çempionluq əldə edib. Komandamız yarışı 1 qızıl və 1 bürünc medalla bitirib.

Həmin kateqoriyadan