Azərbaycan boksçuları Polşaya yola düşüb

Allsport.az xəbər verir ki, təntənəli yolasalma mərasimi gənclər və idman nazirliyinin qarşısında baş tutub.

İyunun 21-dən iyulun 2-dək davam edəcək multi idman yarışında komandamız 13 çəki dərəcəsindən 12-də mübarizə aparacaq.
Pedro Rokenin baş məşqçisi olduğu kişilərdən ibarət yığma Avropa Oyunlarında tam heyətlə yarışacaq.

Komandanın heyətində Məsud Yusifzadə (51 kq), Ümid Rüstəmov (57 kq), Malik Həsənov (63,5 kq), Sərxan Əliyev (71 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) yer alıblar.

Qadınlardan ibarət millinin baş məşqçisi Yadigar Məmmədov isə Polşada Anaxanım İsmayılova (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva Ağamalıyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayevaya (75 kq) şans verəcək.

Krakovda boks yarışları iyunun 23-dən iyulun 2-dək “Novi Tarq Arena”da baş tutacaq. Avropa Oyunları həm də Paris-2024 yay olimpiya oyunlarına lisenziya xarakteri daşıyır.

Kişi boksçular arasında 51 kq, 92 kq və +92 kq, qadınlarda 75 kq çəki dərəcələrində finalçılar, digər bütün çəkilərdə yarımfinalçılar Olimpiadada iştirak hüququ qazanacaqlar.
Avropa Oyunlarında çıxış edəcək bütün idmançılarımıza uğurlar arzulayırıq.

Həmin kateqoriyadan