Azərbaycan boksunda ilk

Bu gün milli olimpiya komitəsinin 30 illik yubileyinə boks üzrə məktəbli oğlan və qızların Azərbaycan birinciliyinə start veriləcək. Allsport.az saytı xəbər verir ki, Bakı boks mərkəzində yarış 7 gün davam edəcək.

Oğlanlar 16, qızlar 13 çəki dərəcəsində güclərini yoxlayacaqlar. Bu birincilik Azərbaycan boks tarixində ilklə əlamətdar olacaq. Əgər indiyədək qız və ya qadın boksçular müsabiqədənkənar yarışa qatılırdısa, bu dəfə rəsmi olaraq rinqə çıxacaqlar.

Birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 70 komandanın 369 boksçusu qatılacaq. Döyüşlər saat 13:00-da başlanacaq. Qaliblərin adına isə iyunun 22-də aydınlıq gələcək.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər. Baş hakimi Emil Qurbanəliyevdir.

Həmin kateqoriyadan