Azərbaycan çempionatında 7 çəkidə yarımfinalçılar bəlli oldu

Kişi boksçular arasında Azərbaycan çempionatında 1/4 final mərhələsinin döyüşlərinə start verilib.

Allsport.az xəbər verir ki, 41 komandanın 167 idmançısının qatıldığı yarışın üçüncü günündə 7 çəki dərəcəsində yarımfinalçıların adlarına aydınlıq gəlib.

Qələbə qazananlar mərhələ adlamaqla yanaşı, özləri üçün ən azı bürünc medalı da təmin ediblər. Milli komandanın liderləri çətinlik çəkmədən yarımfinala yüksəliblər. Tural Sarıyev, Məsud Yusifzadə, Ümid Rüstəmov, Eldar Quliyev və Rauf Rəhimov dekabrın 7-də final üçün döyüşəcəklər.

Həmin kateqoriyadan