Azərbaycan çempionatlarının ilk qolları

Topaz Premyer Liqasının cari mövsünün ilk qolunun müəllifi “Zirə”nin nigeriyalı futbolçusu Viktor İqbekoyi oldu. Allsport.az xəbər verir ki, uzun müddətdir Azərbaycanda çıxış edən legioner sabiq klubu AzAL-ı matçın 5-ci dəqiqəsində cəzalandıraraq, cari çempionatın tarixinə düşdü.

Viktorun qolu “Zirə”nin Premyer Liqada ilk qələbəsini qazanması ilə də əlamətdar oldu.

Məlumat üçün deyək ki, ötən mövsümün ilk qolu da AzAL-ın qapısından keçib. Həmin vaxt AZAL-ı “Xəzər Lənkəran”ın hücumçusu Rauf Əliyev cəzalandırmışdı.

 

12345678
199203.05.1992Mehman AlışanovQarabağİnşaatçı S1:2e4
199327.02.1993Mehman BaxışovKürAvey2:0e6
1993/9425.09.1993Nazim ƏliyevXəzər SXəzri3:1e3
1994/95*07.08.1994Mehman İbrahimovPambıqçı Nİnşaatçı B1:0e25
  Məmməd İbrahimovPambıqçı BXəzər L1:1e25
1995/96**30.07.1995      
1996/9718.09.1996Qurban QurbanovNeftçiFərid3:0s5
1997/9814.09.1997Təbriz HəsənovQarabağSumqayıt1:0e8
1998/9915.08.1998İsmayıl MəmmədovKimyaçıNeftqaz8:3e4
1999/2000*29.10.1999Aqil MəmmədovKimyaçıOİK2:0e15
  Mahir ƏliyevŞəmkirDinamo2:0e15
2000/0105.08.2000Təbriz HəsənovQarabağAraz1:0e1
2001/0218.08.2001Qurban QurbanovNeftçiÜmid4:0s13
2003/0417.05.2003Dmitri KudinovQarabağ-AzərsunŞahdağ-Samur5:0e17
2004/0507.08.2004Aqil MəmmədovQarabağŞəfa5:1s21
2005/0612.08.2005Junivan SuaresTuranQarabağ2:1e14
2006/0705.08.2006Andre LadaqaBakıOlimpik1:0e70
2007/0811.08.2007Xaqani MəmmədovİnterMasallı3:0e34
2008/0909.08.2008Kənan KərimovQəbələNBC4:1e4
2009/1014.08.2009Oleq QvelisianiStandardMuğan0:1s53 (öz qapısına)
2010/1107.08.2010Baçana SxadadzeSimurqGəncə1:1s73
2011/1206.08.2011Con PeluRəvanKəpəz2:3s38
2012/1304.08.2012İrakli BerayaKəpəzTuran1:2e10
2013/1402.08.2013Mindauqas KalonasBakıQəbələ1:2e12
2014/1509.08.2014Rauf Əliyev“Xəzər Lənkəran”AZAL1:1s35
2015/201609.08.2015Viktor İqbekoyi“Zirə”AZAL1:0e5

 

1 – mövsüm, 2 – tarix, 3 – ilk qolun müəllifi, 4 – komandası, 5 – rəqib, 6 – hesab, 7 – meydan, 8 – dəqiqə.

* – iki futbolçu eyni vaxtda qol vurub.

** – həmin mövsüm qolların dəqiqələri qeyd olunmadığından ilk qolu müəyyənləşdirmək mümkün deyil.

Həmin kateqoriyadan