Azərbaycan Ermənistanla bir səbətdə

DÇ-2018-in seçmə mərhələsinin püşkü zamanı komandaların hansı səbətlərdə yer alacağı müəyyənləşib. Allsport.az xəbər verir ki, Azərbaycan yığması 5-ci səbətdə yer alıb.

Bu səbətdə yer alan digər komandalar Kipr, Latviya, Ermənistan, Finlandiya, Belarus, Makedoniya, Litva və Moldovadır. Bu isə o deməkdir ki, millimiz DÇ-2018-in seçmə mərhələsində sözügedən ölkələrlə bir qrupda yer almayacaq.

Qeyd edək ki, hələlik, yalnız İtaliya və Xorvatiyanın hansı səbətdə yer alacağı dəqiqləşməyib. Buna iyunun 16-da baş tutacaq İtaliya və Portuqaliya arasındakı yoxlama matçından sonra aydınlıq gələcək. İtaliya qalib gəlsə, bu ölkənin yığması birinci səbətdə yer alacaq. Maraq üçün bildirək ki, həm İtaliya, həm də Xorvatiya AÇ-2016-nın seçmə mərhələsində Azərbaycanla bir qrupda qərarlaşıb.

DÇ-2018-in seçmə mərhələsinin püşkü zamanı millimizin rəqibi olacaq digər komandaların yer aldığı səbətlərin tərkibi belədir:

1-ci səbət: Almaniya, Belçika, Niderland, Portuqaliya, Rumıniya, İngiltərə, Uels, İspaniya, İtaliya/Xorvatiya.

2-ci səbət: İtaliya/Xorvatiya, Avstriya, Slovakiya, İsveçrə, Çexiya, Fransa, İslandiya, Danimarka, Bosniya və Herseqovina.

3-cü səbət: Polşa, Ukrayna, Şotlandiya, Macarıstan, İsveç, Albaniya, Şimali İrlandiya, Yunanıstan, Serbiya.

4-cü səbət: Türkiyə, Sloveniya, İsrail, İrlandiya, Norveç, Bolqarıstan, Farer adaları, Çernoqoriya, Estoniya.

6-cı səbət: Qazaxıstan, Lüksemburq, Lixtenşteyn, Yunanıstan, Gürcüstan, Malta, San Marino, Andorra.

Rusiya yığması DÇ-2018-in təşkilatçısı kimi final mərhələsinə birbaşa vəsiqə qazanacaq.

Həmin kateqoriyadan