- Baxış sayı: 69
- 02 May 2024 22:35
- Baxış sayı: 69
- May 02, 2024
- 0
FIFA 2021-ci ildə planlaşdırılan yeni klub turnirinin hazırlığına başlayıb. Allsport.az saytı xəbər verir ki, klublararası dünya kubokunun oxşarı kimi düşünülən yeni yarış 4 ildən bir keçiriləcək və 24 komanda mübarizə aparacaq.
Hər il keçirilən klublararası dünya kubokunun nüfuz qazanmaması ilə əlaqədar yaradılacaq yeni turnir iyun və ya iyul aylarında 3-həftəlik dövrü əhatə edəcək.
4 ildən bir keçirilməsi planlaşdırılan yarışda 8 qrupun hər birində 3 klub mübarizə aparacaq. Qrup qalibləri 1/4 finala yüksələcəklər. Klubların dünya çempionatında, ümumilikdə 31 oyunun keçirilməsi nəzərdə tutulur.