“Azərbaycan millisinə Avropa çempionatında uğurlar arzulayıram”

Futzal üzrə Slovakiya millisinin baş məşqçisi Marian Berki Avropa çempionatının seçmə mərhələsində yığmamızla keçirilən oyundan (1:1) sonra açıqlama verib. Allsport.az xəbər verir ki, o, son saniyələrdə qələbəni əldən vermələrində özünü günahkar sayıb:

“Çox təəssüf edirəm ki, qələbəni son dəqiqədə əldən verdik. Üç xalı itirməklə bərabər şansımızı da xeyli azaltmış olduq. Əlbəttə, nəticənin bu cür alınmasında əsas səhv özümüzdədir. Çünki Drahovski əla şansı qaçırdı. Halbuki həmin anda qapıya düşə bilsəydi, bu gün 3 xal qazanacaqdıq. Oyun planında yaxşı çıxış etdik. Azərbaycan millisinə Avropa çempionatının final mərhələsində uğurlar arzulayıram. Bizim şansımız isə son oyundakı nəticədən asılıdır”.

Həmin kateqoriyadan