Azərbaycan – San Marino oyununun biletləri satışa çıxıb

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan – San Marino oyununun biletləri satışa çıxarılıb.
Allsport.az saytı xəbər verir ki, sentyabrın 4-də Bakı olimpiya stadionunda keçiriləcək görüşün biletləri 28 Mall Ticarət Mərkəzində, Bakcell Müştəri Xidmətləri mərkəzində (metronun Sahil stansiyasının yaxınlığı) və 8-ci km qəsəbə stadionunun kassalarında əldə etmək mümkündür.
Saat 20:00-da başlayacaq matçın biletlərini onlayn satışı www.tickets.affa.az saytında da həyata keçirilir. Qeyd edək ki, VİP biletlərin qiyməti 25 manatdı. 1-ci kateqoriya biletləri 4, 2-ci kateqoriyalılar 1 manat olacaq.

Həmin kateqoriyadan