Azərbaycan və Bolqarıstan arasında əməkdaşlıq

Gənclər və idman naziri Fərid Qayıbov Bolqarıstanın gənclər və idman naziri Dimitar İlievi qəbul edib.

Allsport.az xəbər verir ki, qonağı ölkəmizdə salamlamaqdan məmnun olduğunu bildirən Fərid Qayıbov ona Azərbaycanda idman və gənclər sahələrində görülən işlər, əldə edilən nailiyyətlər barədə məlumat verib.

Görüş zamanı iki ölkə arasında gənclər və idman sahələrində əlaqələrin hazırkı səviyyəsi və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Görüşün sonunda Azərbaycan və Bolqarıstan arasında gənclər və idman sahələrində əməkdaşlıq Memorandumu imzalanıb.

Tədbirdə nazir müavinləri Mariana Vasileva, İndira Hacıyeva, Bolqarıstanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Ruslan Stoyanov və hər iki nazirliyin digər məsul şəxsləri iştirak ediblər.

Həmin kateqoriyadan