Azərbaycan və Litva arasında yeni əməkdaşlıq

Allsport.az saytı xəbər verir ki, Vilnüsdə prezident İlham Əliyevin və prezident Gitanas Nausedanın iştirakı ilə Azərbaycan – Litva sənədlərinin imzalanması olub.

“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan respublikasının gənclər və idman naziri Fərid Qayıbov və Litva respublikasının sosial təhlükəsizlik və əmək naziri xanım Monika Navitskiene imzalayıblar.

Anlaşmaya əsasən, mülki və ictimai-siyasi proseslərə gənclərin cəlb olunması; könüllülüyün inkişafı; gənclərlə işin inkişafı; sahələrarası əməkdaşlığın təşviqi; gənclərin çevikliyinin təşviqi; gənclərin məşğulluğu sahələrində əməkdaşlıq barədə razılığa gəlinib.

Həmin kateqoriyadan