Azərbaycanın daha iki hakiminin ulduzu artırılıb

Allsport.az xəbər verir ki, boks üzrə ədalət təmsilçiləri Anar Nağdıyev və Elxan Quliyev növbəti hakimlik imtahanından uğurla keçib. Azərbaycanlı ədalət təmsilçilərinin beynəlxalq kateqoriyası 1 ulduzdan 2 ulduza artırılıb.

Hər 2 hakim bu nailiyyətə martın 14-19-da Monteneqronun Budva şəhərində keçirilən beynəlxalq turnirdə imza atıb. İBA yarışda nəzəri və praktiki dərslərə qatılan həmyerlimizin imtahandan uğurla keçdiyini açıqlayaraq, onların ulduzunu artırıb.

Nağdıyevlə Quliyevdən öncə Rövşən Qədirovun da Mərakeşdə beynəlxalq kateqoriyası 2 ulduza qaldırılıb.

Azərbaycan boks federasiyası həm milli, həm də beynəlxalq kateqoriyaya malik hakimlərimizin peşəkarlıq səviyyəsinin artırılması, onların sayının çoxaldılması istiqamətində işləri davam etdirir.

Həmin kateqoriyadan