- Baxış sayı: 63
- 13 Noyabr 2026 13:26
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Avropa Boks Konfederasiyasının (EUBC) Baş Assambleyası keçirilib. Allsport.az xəbər verir ki, İtaliyanın Assizi şəhərində baş tutan tədbirdə EUBC-nin vitse-prezident postlarına və İcraiyyə Komitəsinə seçkilər də baş tutub.
Belə ki, öncə qurumun ikinci şəxslərinin adlarına aydınlıq gəlib. Səsverməyə əsasən, rusiyalı Vladimir Tebekin və almaniyalı Yurgen Kyuas vitse-prezidenti seçiliblər.
İcraiyyə Komitəsinin yeni tərkibi də müəyyənləşib. 12 üzvdən biri Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov seçilib.
Qeyd edək ki, Mikayılov eyni zamanda, Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) da İcraiyyə Komitəsinin üzvüdü.