- Baxış sayı: 62
- 13 Noyabr 2026 13:26
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Azərbaycanlı idmançı Sadiq Həsənov vəfat edib.
Allsport.az xəbər verir ki, gənc idmançı uzun sürən xəstəlikdən sonra ötən gün dünyasını dəyişib.
2010-cu ildən Azərbaycan uşu federasiyasının fəal üzvü olan Sadiq Həsənov, uzun illər idmanın döyüş növləri- kinqboks, tayboks və uşu-sanda ilə məşğul olub. Bu döyüş növləri üzrə dəfələrlə ölkə çempionu olub, yüksək mükafatlar qazanıb. 2010-2015-ci illərdə uşu üzrə Azərbaycan çempionatının qalibi olub.
Sadiq Həsənov eyni zamanda Çində bir sıra filmlərin çəkilişində də iştirak edib.
