- Baxış sayı: 35
- 22 İyun 2026 15:42
- Baxış sayı: 81
- İyun 26, 2026
- 0
Aprelin 28-də Almaniyada peşəkar boks arenasında Azərbaycan bayrağı dalğalanacaq. Allsport.az saytı xəbər verir ki, həmyerlimiz Azad Əzizov Albaniyanın təcrübəli rinq ustası Miloş Yanya ilə qarşılaşacaq.
Döyüşün təşkilatçısı Anar Axundzadənin meneceri olduğu, Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən “Odlar Yurdu” boks klubudur.
Hazırda bu ölkədə görüşə hazırlaşan Azad Əzizov mübarizəni aprel şəhidlərimizə və Azərbaycan Cumhüriyyətinin 100 illiyinə həsr edir. Saat 17:30-da başlayacaq gecə Bavariya respublikasının Kempten şəhərində keçiriləcək.