Azad Kərimov: “İnter”ə məğlubiyyət bizə böyük bir dərs oldu

“Bu cür başlanğıcı heç kim gözləmirdi, xüsusən də biz futbolçular. Hamı “Kəpəz”in uğurlu çıxışına ümid edirdi, amma nəticə başqa cür oldu”. Allsport.az saytı xəbər verir ki, bu sözü “Kəpəz”in üzvü Azad Kərimov deyib. Gənc müdafiəçi premyer liqasının 15-ci turu çərçivəsində “İnter”ə məğlubiyyət haqda danışarkən belə söyləyib. O, kapazpfc.az-a sonra bunu əlavə edib:

“Bir-birindən fərqlənən iki hissə oldu. İlk yarıda yaxşı oynadıq, qol da vurduq. Fasilədən sonra “Kəpəz” özünə oxşamadı. Nə baş verdiyini, nə yaşandığını anlamadıq. Bütün heyət şokdan ayıla bilmədi. Biri var bir futbolçu oynamasın, biri də var ki, meydanda onların hamısı dayansın. Kollektiv şəkildə oynaya bilmədik. Qolları da ardıcıl buraxdıq. Bu, bizə böyük bir dərs oldu. Bundan nəticə çıxarmalıyıq”.

Həmin kateqoriyadan