Azad Rəhimov BOK-un 127-ci sessiyasına qatılır

Gənclər və idman naziri Azad Rəhimov Monakoda keçirilən Beynəlxalq Olimpiya Komitəsinin 127-ci sessiyasında iştirak etmək məqsədi ilə bu ölkəyə rəsmi səfərə yola düşüb. Allsport.az saytı xəbər verir ki, toplantıda 3 əsas mövzu – davamlılıq, etimad göstərmə və gəncləri özündə əhatə edən Olimpiya-2020 Gündəliyinin təqdim olunması nəzərdə tututlur.
Yığıncaqda, o cümlədən, gələcəkdə Olimpiya oyunlarına ev sahibliyinə seçimdə, xüsusi ilə ev sahibliyi edəcək regionun sosial, ətraf mühit və uzun müddətli inkişaf planında mümkün yeni strategiyalar, olimpiya proqramı ilə bağlı prosedura müəyyən dəyişikliklər edilməsi mövzuları ətrafında müzakirələr nəzərdə tutulur.
Eyni zamanda, 127-ci sessiyada olimpiya dəyərlərinin və idmanın il boyu dünyada təbliği məqsədi ilə Olimpiya TV kanalının yaradılması və s mövzular da diqqət mərkəzində olacaq.
 

Həmin kateqoriyadan