AzAL-dan antirekord, futboçusu Vaqif Cavadovdan yubiley

Premyer liqanın 20-ci turunun AzAL – “Neftçi” qarşılaşmasında yubiley və antirekord qeydə alınıb. Allsport.az saytı xəbər verir ki, 0:1 hesabı ilə uduzan meydan sahibləri ardıcıl 6-cı çempionat oyununda məğlub olub. Bu, cari mövsüm üçün antirekorddur. Bunadək “təyarəçilər”də “Neftçi” və “Kəpəz” kimi 5 məğlubiyyəti sıralamışdı. 2016-cı ilin “Neftçi”yə qarşı dekabrın 17-də baş tutan son oyunundan sonra Tərlan Əhmədovun komandası xal qazana bilmir.

“AzAL arena”dakı görüş meydan sahibləri üçün antirekordla başa çatıbsa, komandanın futbolçusu Vaqif Cavadov yubiley qeyd edib. Belə ki, yarımmüdafiəçi Azərbaycan çempionatlarında 200-cü matçını keçirib. Bu müddətdə 46 qol vuran futbolçunun debütü 2006/07 mövsümünə təsadüf edib. 10 mövsümdə 6 komandada çıxış edən Vaqif “Qarabağ”da 110 (25 qol), “İnter”də 33 (14 qol), “Sumqayıt”da 29 (6 qol), “Bakı”da 23 (4 qol), “Qəbələ”də 3, AzAL-da 2 oyun keçirib.

Həmin kateqoriyadan