AzAL – Zirə görüşündə də heç-heçə qeydə alınıb

Premyer Liqanın 9-cu tur davam edir. Allsport.az saytı xəbər verir ki, 2-ci oyun günündə daha bir görüş keçirilib. Autsayderi AzAL doğma meydanda “Zirə”ni qəbul edib. İlk oyun günündəki “Kəpəz” – “İnter” matçında olduğu kimi, bu oyunda da qalib müəyyənləşməyib.

Düzdür, Gəncədəki oyundan fərqli, bu görüşdə azarkeşlər qol görüblər. İlk yarıda qonaqlar 11-metrlik cərimə zərbəsindən hesabı açıblar. Amma 2-ci hissədə “təyyarəçilər” məğlubiyyətdən qurtula biliblər. Nəticədə, tərəflər hərəyə 1 qolla 1 xal qazanıblar.

Həmin kateqoriyadan