“Bakcell arena”da yubiley

Premyer liqanın 21-ci turunun “Neftçi” – “Zirə” qarşılaşması qonaqlar üçün yubileylə əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, 2:1 hesabı ilə əzmkar qələbə qazanan Ayxan Abbasovun komandası Azərbaycan çempionatının yüksək dəstəsində 25-ci qələbəsini bayram edib.

Premyer liqada ötən mövsüm debüt edən zirəlilər 17 dəfə qalib gəlmişdisə, cari çempionatda daha 8 dəfə sevinib. “Bakcell Arena”da qazanılan 25-ci uğuru 57-ci oyununda əldə edən qəsəbə təmsilçisi 16 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb. Bu müddətdə zirəlilər 62 top vurub və 53-nü buraxıb.

Qeyd edək ki, “qartallar” ölkə çempionatlarında 25 və daha çox qələbə qazanan 32-ci komanda olub.

Həmin kateqoriyadan