“Bakı alovları”nın baş məşqçisi: «Hələ heç nə itirilməyib»

Sabah Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının 4-cü turunun görüşü keçiriləcək. Allsport.az saytının məlumatına görə, ölkəmizin yeganə təmsilçisi “Baku Fires” klubu “Rafako Hussars Poland”la qarşılaşacaq.

Bu gün adı çəkilən döyüşlə bağlı mətbuat konfransı keçirildi. Toplantıda komandamızın baş məşqçisi Nuripaşa Talıbov  bildirdi ki, starta uğursuz başlamaları onu növbəti mərhələyə adlamamağa narahatlıq yaratmır:

«Bəli, 2 görüşdə uduzmuşuq. Amma hələ heç nə itirilməyib. Bizi qrupda 4-cü yeri tutmaq belə qane edir. Mərhələ adlayacağımıza əminəm».

Həmin kateqoriyadan