Bakı WBC-nin 55-ci dünya konvensiyasına ev sahibliyi edəcək

Bu gün gənclər və idman nazirliyində 2 oktyabrda Bakıda 164 üzv ölkənin iştirakı ilə WBC- nin (Dünya Boks Şurasının, World Boxing Council-) 55-ci dünya konvensiyasının keçirilməsi ilə bağlı brifing baş tutub. Allsport.az saytının məlumatına görə, WBC-ə üzv ölkələrin rəsmilərinin, federasiya rəhbərləri, idman menecerləri, keçmiş və hazırki çempionaların, ümumilikdə Şimali və Cənubi Amerika, Afrika, Asiya, Avropa qitəsindən 500-dən artıq qonağın qatılacağı konqres 6 oktyabr tarixinədək davam edəcək.

Tədbirdə qeyd edilib ki, ölkəmizə təşrif buyuracaq dünya şöhrətli idmançılara gəldikdə isə, burada Evander Holyfield, Kostya Tszyu, Yuri Arbaçakov, Naseem Hamed, Erik Morales, Nino Benvenuti, Vitali Kliçko, Qennady Golovkin, Srisaket Sor Rungvisai və digərlərinin adlarını çəkmək olar.

WBC-nin prezidenti Maurusiyo Süleymanın da qatılacağı və hesabat xarakterli çıxışının nəzərdə tutulduğu dörd günlük Şuranın iclasının ilk günündə Reytinq komitəsinin və Hakimlər Şurasının qapalı iclasları keçiriləcək. Növbəti günlərdə isə, Şuranın iclasında dünya təsnifatları, icbari döyüşlərin təqvim planının işlənilməsi, tibbi seminarlar, hakimlərin seminarları, yarış qaydalarına yenidən baxılması və əlavələrin edilməsi, eyni zamanda müxtəlif nominasiyalar üzrə mükafatların verilməsi nəzərdə tutulub. Bununla yanaşı, məşhur boksçuların kimsəsiz uşaq evinə də gedişi proqrama daxildir.

Şuranın toplantısı çərçivəsində Afrika Boks Cəmiyyəti, Şərqi və Sakit Okean Boks federasiyası və Asia Boks Şurasının görüşləri də baş tutacaq. Məlumat üçün üçün bildirək ki, Dünya Boks Şurası 1963-cü ildə 11 milli boks təşkilatı- Argentina, Braziliya, Böyük Britaniya, Venesuella, Meksika, Panama, Peru, Amerika Birləşmiş Ştatları, Filippin, Fransya və Çili tərəfindən yaradılıb.

Məhəmməd Əli, Mayk Tayson, Nasim Hamed, Larri Holms, Lennoks Lyuis, Qennadiy Qolovkin, Roy Cons kiçik, Floyd Meyvezer kiçik, Roberto Duran, Xulio Sezar Çaves, Konstantin Tzyu və digər dünya şöhrətli peşəkat boksçular WBC kateqoriyası üzrə çempion adını qazanıblar.

Həmin kateqoriyadan