Bakıda beynəlxalq elmi-praktik konfrans

Bu gün “olimpiya çempionluğuna doğru: təmiz idmanda milli və qlobal baxışlar” adlı beynəlxalq elmi-praktik konfransın açılış mərasimi keçirilib.

Allsport.az xəbər verir ki, açılış mərasimində əvvəlcə Azərbaycan respublikasının dövlət himni səsləndirilib. Ardınca gənclər və idman naziri Fərid Qayıbov, ADBTİA-nın rektoru Fuad Hacıyev, AMADA-nın icraçı direktoru Təhminə Tağızadə və AMADA məsləhətçi komissiyasının sədri, ikiqat paralimpiya çempionu İlham Zəkiyev çıxış ediblər.

Konfransda təmiz idmanın təkmilləşdirilməsi, müxtəlif yanaşmalar, ümumdünya antidopinq agentliyinin (WADA) təlimatları çərçivəsində idmançıların tənəffüs sistemi sağlamlığının idarə edilməsi, bağırsaq sağlamlığı və idman performansı mövzusunda müzakirələr aparılıb.

Qeyd edək ki, fevralın 23-də konfrans işini Qubada davam etdirəcək.

Həmin kateqoriyadan