- Baxış sayı: 38
- 19 İyun 2026 20:30
- Baxış sayı: 65
- İyun 19, 2026
- 0

Belçika kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqibi olan “Anderlext” səfərdə “Şarlerua” ilə görüşüb.
Matçın əsas vaxtı 2:2 hesabıyla bitib. Əlavə vaxtda da qalibi müəyyənləşdirmək mümkün olmayıb. Nəticədə, qalib 11-metrlik cərimə zərbəsi seriyasında bəlli olub. Burada daha dəqiq olan ev sahibləri “Anderlext”i kubokdan uzaqlaşdırıb.