- Baxış sayı: 57
- 12 İyun 2025 17:04
- Baxış sayı: 124
- İyun 15, 2025
- 0
Bakıda yeniyetmə boksçular arasında “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirinə yekun vurulub. Allsport.az xəbər verir ki, boks mərkəzində keçirilən yarışda 8 ölkənin 216 idmançısı qüvvəsini sınayıb. Altı gün davam edən yarışda oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.
Bu gün baş tutan final döyüşlərini Azərbaycan boks federasiyasının rəsmiləri, olimpiya və dünya çempionatının mükafatçıları, müxtəlif federasiyaların rəsmiləri izləyiblər. Onlar mükafatlandırma mərasimində də iştirak ediblər.
Azərbaycan yığması turniri 35 medalla başa vurub. Vaqif Kazımovun baş məşqçisi olduğu oğlanlardan ibarət komandanın heyətində Əli Ruşanov (44 kq), Əli Əliyev (48 kq), Şahin Aslanov (60 kq) və Səftər Məmmədzadə (+80 kq) çempion tituluna yiyələniblər. Yalnız finalda uduzan Həsən Sərhədli (44 kq) ilə İbrahim Bədəlli (54 kq) ikinci yerlə kifayətləniblər.
Digər boksçulardan Həsrət Məmmədov, Əbdulrəhim Məmmədov (hər ikisi 44 kq), Qardaş Rəhimov (46 kq), Məhəmməd Rəsulov (50 kq), Əli Camalzadə (52 kq), Sadiq Musayev (54 kq), Yusif Həsənli, Əflatun İsmiyev (hər ikisi 57 kq), Nurlan Süleymanov (66 kq), Adil Zalov (70 kq), Nicat İmanov və Hüseyn Vahabov (hər ikisi 75 kq) bürünc mükafat qazanıblar.
İlkin Ağayevin rəhbərlik etdiyi qızlardan ibarət yığma heyətində Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq), Əminə Tağı (50 kq), Cəmilə Muradlı (52 kq) və Fidan Bəkərova (66 kq) birinci yeri tutublar. Nurgül Ocaqova (46 kq), Ayan Novruzlu (48 kq), Sima İsmayılova (50 kq), Zəhra Məmmədova (52 kq), Aynur İsmayılova (60 kq), Qızbəs Yusubova (70 kq) gümüş, Fatimə Əliyeva, Zəhra Səlimzadə (hər ikisi 54 kq), Səma Hüseynova, Mirruqiyyə Abduməcidova (hər ikisi 57 kq), Mədinə Məmmədova (60 kq) və Səma Abbasova (70 kq) bürünc medala yiyələniblər.
Beləliklə, Azərbaycan yığması turniri 9 qızıl, 8 gümüş və 18 bürünc medalla bitirib.
Yarışda komanda hesabında milli birinci yeri tutub və Heydər Əliyev kubokuna sahib olub. İkinci pilləyə Rusiya (6-2-2) yiyələndiyi halda, “üçlüy”ü Qazaxıstan (2-4-5) qapayıb.
Birincilikdə ən yaxşı boksçu adına Səftər Məmmədzadə (Azərbaycan) layiq görülüb. Elif İldırım (Türkiyə) isə ən yaxşı hakim seçilib.