“Bakı”nın futbol akademiyası fəaliyyətini yenidən genişləndirib

Fəaliyyət göstədiyi müddətdə Azərbaycan futbolunun inkişafı üçün böyük işlər görən “Bakı”nın futbol akademiyası yenidən bərpa olunub. Allsport.az saytı xəbər verir ki, xeyli vaxtdır cəmi iki yaş qrupunda ödənişli əsaslarla işləyən akademiya, artıq 15 yaşlı yeniyetmələri belə qəbul edə biləcək. Bununla bağlı məlumatı sportfm.az-a “Bakı”nın məşqçisi Elşən Ələsgərov verib:

“Bilirisiniz ki, bizdə cəmi iki yaş qrupu – 10 və 12 yaşlılar vardı. İndi isə ən böyük yaş qrupu 15 olmaqla, beş yaş qrupunun əsas komandaları akademiyamızın rəhbəri Qəhrəman Əliyevin tərtib etdiyi proqram əsasında ödənişsiz şəkildə “Delfin Otel”də məşq edəcək. Sonradan komandalarımızın sayını artırmaq fikrimiz var. Bununla bağlı, seçimlərimiz davam edir. Artıq gələn həftə bütün yaş qrupları üzrə seleksiya xarakterli məşqlərə start veriləcək”.

Qeyd edək ki, akademiyada yeni yaradılan komandaların müvafiq yaş qrupları üzrə AFFA-nın təşkil etdiyi çempionatlarda iştirak edəcəyi gözlənilir.

Həmin kateqoriyadan