Bakının namizədliyi ilə bağlı təqdimat

Bakı şəhərinin namizədliyi 2026-cı ildə dünyanın “İdman Paytaxtı” seçilmək üçün irəli sürülüb.

Allsport.az xəbər verir ki, bununla bağlı Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasında təqdimat mərasimi keçirilib.

Tədbirdə əvvəlcə nüfuzlu yarışlarda ölkəmizi uğurla təmsil etmiş idmançıların maraqlı videoçarxı təqdim olunub. Daha sonra Bakı şəhərinin dünyanın “İdman paytaxtı” olmağa hazır olduğunu əks etdirən təqdimat nümayiş etdirilib.

Təqdimatda Azərbaycanın mövcud idman infrastrukturu barədə məlumat verilib. Həmçinin Azərbaycanın bir sıra irimiqyaslı beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etmək baxımından böyük təcrübəsinin olduğu vurğulanıb.

Həmin kateqoriyadan