“Baku Fires” evdə Qazaxıstan klubuna uduzdu

Dünən Dünya Boks Seriyasının 3-cü turu çərçivəsində döyüşlər keçirilib. Allsport.az saytı xəbər verir ki, ölkəmizin yegamə təmsilçisi “Baku Fires” evdə Qazaxıstanın “Astana Arlans” klubuna 2:3 hesabı uduzub. Gecənin ilk görüşündə komandamızın üzvü Rəsul Saliyev (49 kq) Temirtas Jusupova məğlub olub.

Məhəmməd Qurbanov (56 kq) Nursultan Koşequlovla mübarizədə hesabda tarazlıq gətirib. Heybətulla Hacəliyev (64 kq) ilə Asxat Ualixanov arasındakı döyüş gərginliyi ilə seçilib. Çətin mübarizədə boksçumuz qalib gələrək komandamızı irəli çıxarıb.

Dördüncü döyüşdə rinqə çıxan Rahil Məmmədli (91 kq) isə Vasili Levitə məğlub olub. Beləliklə qarşılaşmanın taleyinə sonuncu döyüşdə aydınlıq gətirilib. Komandamızın üzvü Jaba Xositaşvili (75 kq) bu rəqabətdə rəqibi Meyrim Nursultanova uduzub.

 

Həmin kateqoriyadan