“Baku Fires” “Mexico Guerreros” komandasına ilk görüşdə uduzdu

“Baku Fires” klubu 1/4 final mərhələsinin ilk görüşündə “Mexico Guerreros” komandası ilə qarşılaşıb. Allsport.az xəbər verir ki, Quba Olimpiya Kompleksində keçirilən qarşılaşma qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandamız bu dəfə daha çox gənc boksçuların xidmətlərindən yararlanıb.

49 kq. Rəsul Saliyev – Velazkes Altamirano Jozelito 0:3 (44:50, 46:49, 45:49)
56 kq. Yaraş Maqomedov – Çirino Sançez Serxio Alfredo 0:3 (47:48, 46:49, 47:48)
64 kq. Zaur Abdullayev – Kuriel Qarsiya Raul 0:3 (44:50, 45:50, 46:49)
75 kq. Jaba Xositaşvili – Rodriqes Olivas Mişel Uriel 3:0 (49:46, 48:46, 48:47)
91 kq. Leonid Çernobayev – Kastillo Torres Julio Sezar 0:3 (47:48, 47:48, 46:49)

Bu gün komandalar ikinci görüşə çıxacaqlar.

Həmin kateqoriyadan