“Baku Fires” Polşa klubunu darmadağın etdi

Bu gün Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının 4-cü turunda  “Baku Fires” və “Rafako Hussars Poland” klubları üz-üzə gəliblər. Allsport.az xəbər verir ki, üstün döyüş nümayiş etdirən meydan sahibi bütün çəkilərdə qalib gəldi. Bizdən bir görüş nokautla nəticələndi. Soltan Migitinov vaxtından əvvəl qələbəyə sevindi. Bu qələbə sayəsində “Bakı alovları” xalını 8-ə yüksəldi və 4-cü pillədə yerini möhkəmləndirdi (döyüşlərin nəticələri 20-8).

 “Baku Fires” – “Rafako Hussars Poland” – 5:0

52 kq. Elvin Məmişzadə – Qrjeqorj Kozlovski
60 kq. Albert Səlimov – David Miçelus
69 kq. Pərviz Bağırov – Stiven Donnelli
81 kq. Soltan Migitinov – Yordan Kulinski
+91 kq. Arslanbek Mahmudov – Mantas Valaviçius

Cari çempionatda mübarizənin gərgin keçəcəyinə dəlalət edən səbəblərdən biri də olimpiya oyunlarına lisenziyaların verilməsidir. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziyaya yiyələnəcək.

 

Həmin kateqoriyadan