“Baku Fires” Puerto Riko klubunu böyük hesabla məğlub etdi

Son nöqtəni super ağır çəkili boksçumuz nokautla tamamladı

Bu gün Ümumdünya Boks Seriyasının 6-cı turunun görüşü keçirildi. Allsport.az saytı xəbər verir ki, “Baku Fires” klubu Quba Olimpiya Kompleksində “Puerto Riko Hurricanes”i qəbul etdi. Komandamız görüşə məğlubiyyətlə başladı. Elvin Məmişzadə ilk 3 raundda yaxşı təsir bağışlasa da, sonradan təşəbbüsü rəqibə verdi. Boksçumuzun yenilgisini digər rinq ustalarımız sığortaladılar. Son nöqtəni super ağır çəkili idmançımız qoydu. İlk raund başlayan kimi rəqibə həmlə edən Arslanbəy Mahmudov onu nakauta saldı. 4:1 hesablı qələbə bizə 3 bal gətirdi. Yekun nəticədə , “Baku Fires” xalını 11-ə yüksəltdi (18-12).

 “Baku Fires” – “Puerto Riko Hurricanes” 4:1

52 kq. Elvin Məmişzadə – Xavyer Çintron Okasio
60 kq. Albert Səlimov – Angel Lopes
69 kq. Pərviz Bağırov – Flaz Niklaus
81 kq. Soltan Migitinov – Cozef Laboy
+91 kq. Arslanbəy Mahmudov – Enrike dos Santos Nasimento

Cari çempionatda mübarizənin gərgin keçəcəyinə dəlalət edən səbəblərdən biri olimpiya oyunlarına lisenziyaların verilməsidir. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasında iştirak hüququna yiyələnəcək. 49, 91 və +91 kq çəki dərəcələrində 1, digər çəkilərdə 2 boksçu “dördilliy”ə vəsiqə qazanacaq.

 

 

Həmin kateqoriyadan