“Baku Fires” yeni mövsümdə ilk qələbəsini qazandı

“Baku Fires” yeni mövsümdə ilk qələbəsini qazandı

Ümumdünya Boks Seriyasında (WSB) mübarizə aparan “Baku Fires” Bakida “Uzbek Tigers” klubu ilə qarşılaşıb. Allsport.az xəbər verir ki, Azərbaycan klubu Özbəkistan təmsilçisini 3:2 hesabı ilə məğlub edib.

Döyüşlərin nəticələri:

52 kq. Məhəmməd İbiyev – Antonjon Kadirov 2:1 (48:47, 48:47, 47:48).
60 kq. Hasan Arsunkayev – Elnur Abdurraimov DSQ R-4 2:36
69 kq. Yevgeni Ramaşkevic – Dostonbek Turdiyev 3:0 (49:46, 49:46, 49:46).
81 kq. Mixail Dolqolivets – Şuxrat Abdullayev 1:2 (47:48, 47:48, 48:47).
+91 kq. Arslanbek Mahmudov – Serdor Abdullayev 3:0 (50:45, 48:47, 50:45).

Xatırladaq ki, “Baku Fires” ilk görüşdə səfərdə “Astana Arlans”a 1:4 hesabı ilə uduzub.

Həmin kateqoriyadan