- Baxış sayı: 31
- 25 Sentyabr 2026 19:26
- Baxış sayı: 241
- Sentyabr 24, 2026
- 0

“Barselona” argentinalı hücumçu Xulian Alvaresin transferindən imtina edib.
Allsport.az xəbər verir ki, bu barədə klubun idman direktoru Deku açıqlamasında deyib:
“Alvares mövzusu keçmişdə qaldı. İrəli baxmalıyıq və indiki heyətimizdən razıyıq. Ümid edirəm ki, onun da işləri qaydasında gedər və klubuna fayda verə bilər”.
“Barselona” yayda Alvares üçün “Atletiko” ilə intensiv danışıqlar aparsa da, tərəflər arasında razılıq əldə olunmamışdı.
Yulian bu mövsüm La liqada 3 oyuna çıxıb.