- Baxış sayı: 32
- 24 Sentyabr 2026 12:33
- Baxış sayı: 193
- Sentyabr 23, 2026
- 0

“Real Madrid”in və İspaniya millisinin müdafiəçisi Mark Kukurelya “kral klubu”na transferi ilə bağlı açıqlama verib.
Allsport.az xəbər verir ki, 28 yaşlı futbolçu “Barselona” və “Atletiko”nun onunla maraqlanmadığını bildirib:
“Barselona” və ya “Atletiko” tərəfindən heç bir real maraq olmayıb. Qəbul etdiyim qərardan razıyam”.
“Barselona” yetirməsi olan Kukurelya iyunun sonunda “Çelsi”dən “Real Madrid”ə keçib. O, Madrid təmsilçisi ilə 2032-ci ilə qədər müqavilə imzalayıb. Müdafiəçi 2026/27 mövsümündə “Real”ın heyətində bütün turnirlərdə 8 oyuna çıxıb.