“Bavariya” böyük təklifə hazırlaşır

“Bavariya” böyük təklifə hazırlaşır

“Bavariya”, “Barselona”nın yarımmüdafiəçisi Dani Olmonu heyətinə qatmaq üçün 90 milyon avroluq təklif hazırlayır.

Allsport.az xəbər verir ki, Münhen klubu 28 yaşlı hücumameyilli futbolçunu əsas transfer hədəflərindən biri seçib və yanvarda addım atmağı planlaşdırır.

İspaniyalı oyunçunun müxtəlif mövqelərdə çıxış edə bilməsi və “Leyptsiq”dəki təcrübəsi almanların marağını artırıb.

Rəsmi müraciət hələ olunmayıb, Olmonun isə Kataloniya təmsilçisindən ayrılmaq niyyəti yoxdur. Onun “Barselona” ilə müqaviləsi 2030-cu ilədək nəzərdə tutulub. Yarımüdafiəçi cari mövsümdə keçirdiyi 8 matçda 3 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan