- Baxış sayı: 36
- 06 Oktyabr 2026 23:51
- Baxış sayı: 183
- Oktyabr 04, 2026
- 0

İngiltərəli hücumçu Harri Keyn “Bavariya” ilə müqavilənin 2029-cu ilə qədər uzadılması barədə razılıq əldə edib.
Allsport.az xəbər verir ki, tərəflər artıq maliyyə parametrlərini razılaşdırıblar və son təfərrüatlar həll olunduqdan sonra sözləşmə imzalanacaq.
33 yaşlı hücumçunun hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.
H.Keyn 2023-cü ilin avqustundan Bundesliqa klubunda çıxış edir. O, 2025/2026 mövsümündə keçirdiyi 56 oyunda 64 qol vurub və 8 məhsuldar ötürmə verib.